Bakıda kirayə mənzillər bahalaşıb – RƏSMİ

Bakıda kirayə mənzillər bahalaşıb – RƏSMİ
11.07.2025 16:38 Cəmiyyət

Bakıda daşınmaz əmlak bazarında, xüsusilə də kirayə mənzil seqmentində qiymət artımı müşahidə olunur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc TodayPress TV-yə açıqlamasında bildirib ki, bu proses həm Bakı Şəhəri Baş Planı 2040 sənədində nəzərdə tutulan söküntülərlə, həm də mövsümi olaraq abituriyent axını ilə bağlıdır.   

Ekspertin sözlərinə görə, paytaxtın müxtəlif ərazilərində artıq söküntü işlərinə start verilib və bu çərçivədə 197 qəzalı bina aktlaşdırılıb. Bu binalarda yaşayan sakinlər məcburən kirayə mənzil bazarına üz tutur və bu da təklifə nisbətən tələbin artmasına səbəb olur.

“Bundan əlavə, hər il 50 mindən çox abituriyent tələbə adını qazanır və onların böyük əksəriyyəti Bakı şəhərində təhsil almağa gəlir. Regionlardan gələn bu gənclər də kirayə mənzil axtarışına başlayır. Bu isə bazara əlavə təzyiq yaradır və qiymətləri yüksəldir”.

İqtisadçı qeyd edib ki, hazırda kirayə bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 10-12% civarında artım müşahidə olunur:

“Köhnə tikililərdə bir otaqlıdan iki otaqlıya çevrilmiş mənzillər 500-550 manat aralığında, yeni binalarda isə 600-650 manatdan başlayaraq təklif olunur. Avqustun əvvəllərində qiymətlərin daha da yüksələcəyi gözlənilir. Xüsusilə də sahəsi böyük mənzillər bir neçə tələbə tərəfindən birgə kirayəyə götürülür. Belə olan halda, adambaşına düşən ödəniş daha münasib olur”.

İqtisadçı hesab edir ki, yaranmış böhrandan çıxış üçün uzunmüddətli və sistemli addımlar atılmalıdır. Onun fikrincə, Türkiyədəki “yurd” modeli və ya beynəlxalq təcrübədəki kampus sistemi Azərbaycanda da tətbiq olunmalıdır:

“Dövlət hesabına və ya özəl sektor tərəfindən cüzi ödənişlə fəaliyyət göstərəcək yataqxanaların tikintisinə başlanmalıdır. Bu, kirayə bazarına olan təzyiqi azaldacaq və gənclərin təhsil imkanlarını genişləndirəcək. Əks halda, bəzi ailələr üçün övladlarını Bakıda təhsil almağa göndərmək mümkünsüz olacaq”, - deyə Vüqar Oruc fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

Bakıda kirayə mənzillər bahalaşıb – RƏSMİ — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 Bütün Xəbərlər