Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən

Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
13.05.2026 20:45

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü (WUF13) sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

Bu barədə TodayPress TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Dəyişikliyə əsasən,

- Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək;

- Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Ulduz" stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək;

- Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Neftçilər" stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək;

- Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun "Qara Qarayev" stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq;

- Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, "8-ci kilometr" bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək;

- Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək;

- Metronun "Azadlıq prospekti" stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, "Koroğlu" NMM-in yaxınlığında olacaq;

- 32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi "28 May" NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil edilir;

- "Cəmşid Naxçıvanski adına Hərbi Lisey" istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək;

- 18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək;

- 199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - "Gənclik" NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq;

- 133 nömrəli marşrutun son dayanacağı "Gənclik" NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, "Gənclik Mall"un qarşısında təşkil ediləcək;

- Hövsan, Mərdəkan qəsəbələri və metronun "Xalqlar Dostluğu" stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Все новости