Ukrayna-Suriya-Türkiyə üçtərəfli format inkişaf etdirilir

Ukrayna-Suriya-Türkiyə üçtərəfli format inkişaf etdirilir
17.04.2026 23:06

Ukrayna-Suriya-Türkiyə üçtərəfli formatının, xüsusən də alternativ təchizat zəncirləri kontekstində daha da inkişaf etdirilməsi müzakirə edilib.

TodayPress TV Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Antalya Diplomatik Forumunda Ukrayna və Türkiyə xarici işlər nazirləri Andrey Sibiqa və Hakan Fidan arasında keçirilən görüşdə müzakirə aparılıb.

"Türkiyəli dostum Hakan Fidan ilə dialoqumuzu davam etdirməkdən məmnun oldum. Müdafiə, enerji, ticarət və logistika sahələrində perspektivli birgə layihələrə diqqət yetirdik. Strateji tərəfdaşlığımız Qara dənizdən Yaxın Şərqə qədər sabitliyin təməl daşıdır”, - deyə Sibiqa əlavə edib.

Sibiqa türkiyəli həmkarına Ukraynanın müdafiə sənayesinin nailiyyətləri barədə məlumat verib. Həmçinin görüşdə sülh səyləri müzakirə edilib.

“Türk tərəfdaşlarımız son illərdə sülh prosesində mühüm rol oynayıblar. Dünyanı bir-birinə daha da yaxınlaşdıracaq liderlər görüşünü Türkiyədə keçirməyə hazırıq”, - deyə Ukraynanın xarici işlər naziri vurğulayıb.

Görüş zamanı Sibiqa Fidanı Ukraynaya səfərə dəvət edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Все новости