DİM: 15:00-da imtahanın düzgün cavabları təqdim olunacaq

DİM: 15:00-da imtahanın düzgün cavabları təqdim olunacaq
13.07.2025 13:45 Elm və Təhsil

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

TodayPress TV xəbər verir ki, DİM-dən verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər