Xalq artisti Arif Babayevlə vida mərasimi keçirildi - YENİLƏNDİ
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevla vida mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Arif Babayev Fəxri xiyabanda dəfn ediləcək.
***
13:04
Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
TodayPress TV xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.