“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı

“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı
05.02.2026 21:10 Mədəniyyət

Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərgisinin açılışı olub.

TodayPress TV xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

Sərginin açılışından əvvəl heykəltaraş Cili Şatner jurnalistlərə bildirib ki, sərgidə əsas missiya sənət vasitəsilə vəhşi təbiətin qorunması və sevgi mesajlarını yaymaqdır.

“Məqsədimiz dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilmək təhlükəsi altında olan heyvanları qorumağa təşviq etməkdir. Biz heyvanları öyrənir, müşahidə edir, çəkir və təsvir edirik. Sərgidə nümayiş olunan bütün heykəllər real həyatda gördüyümüz heyvanlara əsaslanır”, - deyə Cili Şatner vurğulayıb.

Heykəltaraş Mark Şatner isə Bakıda və ümumilikdə Azərbaycanda təbiətin qorunmasına xüsusi əhəmiyyət verildiyini deyib: “Söhbətlərimiz zamanı Bakının və bütövlükdə Azərbaycanın vəhşi təbiətin mühafizəsi, eləcə də ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi dəyərli təşəbbüslər barədə ətraflı məlumat aldıq. Məhz bu amil bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Çünki burada təbiətlə dərin və səmimi bir bağlılıq mövcuddur”, – deyə o qeyd edib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib.

Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var.

O bildirib ki, “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək.

Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Heykəltaraş Cili Şatner çıxışında deyib ki, bu sərgi onlar üçün adi bir layihə deyil, təbiətə olan sevgilərinin ümumi bir təntənəsidir.

“Bu sərgi ilə biz qəlblərimizi, hekayələrimizi və danışa bilməyən heyvanların səsini insanlara çatdırmaq istəyirik. Biz hər zaman inanmışıq ki, incəsənət qəlbləri birləşdirən ən güclü vasitədir”.

O, həmçinin bildirib ki, onların monumental heykəlləri indiyədək Nyu-York, London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla dünyanın 250-dən çox şəhərində nümayiş etdirilib.


Tədbirdə çıxış edən heykəltaraş Mark Şatner bildirib ki, Azərbaycana ilk dəfə səfər edirlər və Heydər Əliyev Mərkəzində belə möhtəşəm bir məkanda sərgilərinin açılması onlar üçün böyük sevincdir. Heykəltaraş ərsəyə gətirdikləri əsərlər barədə danışıb: “Əsərlərimiz elə qurulub ki, tamaşaçı onların üzərində otura, ətrafında gəzə və hətta toxuna bilərlər. Bu isə işimizin mahiyyəti baxımından əsərlərlə həm emosional, həm də fiziki təmas qurmağa imkan yaradır”.

Heykəltaraşlar Cili və Mark Şatner, həmçinin vurğulayıblar ki, indiyə qədər ərsəyə gətirdikləri əsərlər bir məhəbbət hekayəsindən başlayıb. Belə ki, Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cı ildə Honkonqda bir filmin çəkiliş meydançasında tanış olublar. O dövrdə model olan Cili və kreativ direktor kimi çalışan Mark yeddi gün sonra ailə həyatı qurublar. "The New York Times” qəzeti onları “Nyu-York tarixində ən uğurlu və ən çox əsər yaradan ictimai sənət müəllifləri” adlandırır.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

“Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman - “Dovşan xanım” (“Rabbit woman”) və “İt adam”ın (“Dog man”) macəralarını əks etdirir. Bu iki qəhrəman özlərində “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq yaşayıb, təbiətin qayğısına qala bilərik” ideyasını canlandırır.

Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iriölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Все новости