Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirildi

Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirildi
20.05.2025 23:55 Mədəniyyət

Tacikistan Opera və Balet Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə təntənəli qala konsert keçirilib.

TodayPress TV xəbər verir ki, “Report”un Düşənbəyə ezam olunan əməkdaşı bildirir ki, qala konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak edib.

Çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iki ölkənin mədəni bağlarından, Prezidentlər səviyyəsində qarşılıqlı etimadlarından söz açıb.

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen də, öz növbəsində, Azərbaycan-Tacikistan əlaqələrinin dərin köklərə malik olduğunu bildirib.

Çıxışların ardınca Azərbaycan incəsənət ustalarının, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında rəngli kompozisiya nümayiş edilib.


Çıxışçılar milli rəqs, eləcə də bəstəkar və xalq mahnıları ilə qala konsertə damğa vurublar.


Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.


Məlumat üçün qeyd edək ki, Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri sabah da zəngin proqramla davam etdiriləcək.

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər