Səhnədə yenidən “Şəngülüm, Məngülüm”

Səhnədə yenidən “Şəngülüm, Məngülüm”
28.03.2026 13:00 Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı yubiley ilində balaca tamaşaçılarını növbəti maraqlı səhnə işi ilə sevindirməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, teatrın repertuar planına uyğun olaraq Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan və nəsillər boyu uşaqların sevimlisinə çevrilən məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı yenidən səhnəyə gətirilir.

Uzun illərdir ki, həm dünya uşaq ədəbiyyatında, həm də Azərbaycan folklorunda xüsusi yer tutan bu nağıl kukla teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub və hər dəfə balaca tamaşaçıların böyük marağı ilə qarşılanıb. Bu dəfə isə yaradıcı heyət əsərə yeni səhnə baxışı gətirərək onu daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim edir.

Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunub saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb. Bu yanaşma sayəsində klassik folklor nümunəsi müasir səhnə dili ilə təqdim olunur və tamaşaçını nağılın sehrli dünyasına aparır. Tamaşa “Şəngülüm, Məngülüm” adı ilə səhnələşdirilib.

Yeni quruluşda səhnə plastikasına, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini daha da artırır. Bu da tamaşanın yalnız əyləncəli deyil, həm də maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Əməkdar artist Elza Seyidcahandır.

 Musiqi tərtibatı və səhnə həlli tamaşanın ümumi ovqatını zənginləşdirərək balaca tamaşaçılar üçün maraqlı və yaddaqalan atmosfer yaradır.

Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları Səninə Məmmədova, Elnarə Hacıyeva, Könül Nəsibova, Firuzə Nəsibli, Məmmədşah Təhməzov, Yusif Baxşəliyev və Yasin Abbasov (iki heyətdə) canlandırırlar.

Səhnə əsərinin əsas məqsədi uşaqlara həm maraqlı və əyləncəli teatr ab-havası yaşatmaq, həm də xalq nağıllarımızın zəngin irsini yeni nəsillərə onların baxış bucağı və vizual zövqünə xitab etməklə sevdirməkdir.

Onu da qeyd edək ki, “Şəngülüm, Məngülüm” tamaşasının premyerası 29 mart tarixində keçiriləcək. Premyera günü tamaşa saat 12:00, 14:00 və 16:00 seanslarında nümayiş olunacaq.

Azərbaycan Dövlət Kukla Teatrı bütün balaca tamaşaçıları və valideynləri bu rəngarəng nağıl dünyasına səyahətə dəvət edir.

TodayPress TV

ФОТО

Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 1
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 2
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 3
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 4
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 5
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 6
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 7
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 8
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 9
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Все новости