Mədəniyyət naziri tacik həmkarı ilə görüşdü

Mədəniyyət naziri tacik həmkarı ilə görüşdü
20.05.2025 15:58 Mədəniyyət

19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlə əlaqədar nazir Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Düşənbədə səfərdədir.

TodayPress TV xəbər verir ki, mayın 20-də Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş keçirilib.

Əvvəlcə nazirlər Tacikistan Milli Kitabxanası ilə tanış olublar. Kitabxananın tarixi və nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib.

İkitərəfli görüşdə çıxış edən Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Azərbaycan Mədəniyyəti Günlərini xalqlarımızı daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib.

Xanım nazir ötən ilin may ayında Azərbaycanda keçirilən Tacikistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə göstərdiyi dəstəyə, keçirilən səmərəli görüşlərə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Tacikistan tərəfinə təşəkkürü bildirib.

Qeyd olunub ki, iki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri Azərbaycan və Tacikistan arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin 23 may tarixində Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması dost ölkələrimizin əməkdaşlığının zirvəyə yüksəlməsinin göstəricisidir. 

Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın Düşənbədəki səfirliyi də mədəni əlaqələrin inkişafı üçün davamlı dəstək göstərir. 

Vurğulanıb ki, Azərbaycan tərəfi kinematoqrafiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.

Bu günlərdə Bakıda ICESCO-nun regional ofisinin açıldığını diqqətə çatdıran Adil Kərimli ofisin Azərbaycanla yanaşı, Mərkəzi Asiya Respublikalarının, o cümlədən Tacikistanın da qurumla əməkdaşlığını koordinasiya edəcəyini deyib.

Söhbət zamanı Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" statusunu yerinə yetirdiyi bildirilib, Tacikistan tərəfi iyun ayının əvvəlində Laçında keçiriləcək "paytaxt ili"nin açılış tədbirinə dəvət edilib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.

XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər