Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi

Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi
29.11.2025 14:59 Mədəniyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Ağdam rayonunda (Quzanlı qəsəbəsi) vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən və nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. 

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, mədəniyyət sahəsinə dair layihə və təşəbbüslər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, vurğulanan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

TodayPress TV

ФОТО

Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 1
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 2
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 3
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 4
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 5
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 6
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 7
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 8
Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul etdi — 9
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Все новости