II Qareginin “övladı var” ? - Paşinyanın iddiaları düz çıxsa...

II Qareginin “övladı var” ? - Paşinyanın iddiaları düz çıxsa...
04.06.2025 14:48 Maraqlı

“II Qaregin bütün ermənilərin katolikosu ola bilməz”.

Ermənistan Baş naziri Nikol Paşinyanın bu fikri təkcə dini çevrələrdə yox, ictimai və siyasi arenada da geniş rezonans doğurdu. Paşinyanın iddiasına görə, o, subaylıq andını pozub və övladı var.

Bəs subaylıq andı nədir? Qanun, yoxsa rəmz?

TodayPress TV-nin araşdırmasına görə, həm Katolik, həm də Pravoslav dünyasında ruhanilərin ailə həyatı ilə bağlı qaydalar zaman-zaman dəyişib. 

Katolik kilsəsində bu məsələyə yanaşma çox sərtdir və qaydalar orta əsrlərdən bəri dəyişməyib. Başlanğıcda, ilk xristian icmalarda keşişlər evli ola bilərdi. Hətta apostollardan biri olan Peterin qayınanasının olduğu İncildə qeyd olunur. Ancaq zamanla dəyişiklik başladı. VII əsrdən başlayaraq yepiskoplar üçün subaylıq məcburi hala gəldi, lakin digər ruhanilər üçün bu qayda sərt tətbiq olunmurdu.

Məhz XI əsrdə Papa VII Qriqori tərəfindən kilsədə böyük islahat aparıldı. O, keşişlərə və diyakonlara evlənməyi qəti qadağan etdi. Bu qərarın arxasında həm dini motivlər, həm də siyasi və inzibati məqamlar dayanırdı. Subay ruhanilər kilsəyə miras qoymurdular, ailə mülkiyyəti ilə bağlı problemlər yox idi və tam itaətlə xidmət edirdilər.

Bu qadağa teoloji əsasla da müdafiə olundu: “Keşiş İsa Məsihin təmsilçisidir. İsa tənhalıq içində yaşamışdı, ruhanilər də belə olmalıdır”. Beləliklə, “selibat” – yəni subaylıq andı Tanrıya sadiqliyin və kilsəyə bağlılığın simvoluna çevrildi.

Lakin zamanla bəzi istisnalar da formalaşdı. Məsələn, rütbə almasından əvvəl evlənmiş katolik ruhanilər boşanmağa məcbur edilmirdi. Həmçinin, kilsədə yüksək vəzifə istəməyən bəzi katolik ruhanilərə evlənməyə güzəşt edilə bilir.

Pravoslav kilsəsində isə subaylıq andı fərqləndirilmiş sistemlə tənzimlənir. Burada “qara ruhani” (rahiblər) və “ağ ruhani” (evli keşişlər) anlayışı var. Əgər kimsə rahib olursa – yəni əlini dünyadan tam çəkib yalnız Tanrıya xidmət edəcəksə, o zaman ömürlük subaylıq andı verməlidir. Bu, yepiskopluğa və katolikosluğa gedən yeganə yoldur.

Digər tərəfdən, evli kişilər də keşiş ola bilər. Amma yalnız ruhaniliyə qəbul olunmazdan əvvəl evlənmək şərti ilə. Bu evlilik ilk və yeganə olmalıdır. Yəni, keşiş dul qalarsa, ikinci dəfə evlənməsi mümkün deyil. Bundan əlavə, evli keşişlər yüksək vəzifələrə (yepiskop, patriarx, katolikos və s.) seçilə bilməzlər.

Bu yanaşmanın kökündə ailənin Tanrı tərəfindən müəyyən olunmuş bir təbii vəziyyət kimi qəbul edilməsi dayanır. Həm də praktiki tərəfi var: Ailəsi olan bir keşiş, ailə problemləri ilə üzləşən dindarlarla daha empatik davranır, “ailəni bilməyən, ailəni necə yönəldə bilər?” sualı pravoslav dünyasında səslənir.

Məsələn, Patriarx Kirill rahib olaraq subaylıq andı verib və heç vaxt ailə həyatı qurmayıb. Bu, onun patriarx seçilməsinə yol açan əsaslardan biri olub.

Əgər Paşinyanın iddiası doğrudursa və Katolikosun övladı varsa, bu, onun rahiblik andını pozduğu və dolayısıyla apostol kilsəsinin əsas qanunlarını ayaqladığı anlamına gəlir. Bu təkcə mənəvi və dini məsələ deyil. Çünki Katolikos sadəcə dini lider deyil, erməni xalqının simvolik və siyasi fiqurudur. Onun nüfuzu dövlət başçısının nüfuzuna yaxın mövqedədir.

Siyasi baxımdan Paşinyan erməni cəmiyyətinə demək istəyir ki, sizə mənəviyyatdan danışan adam özü ən əsas andını pozub. Ona inana bilməzsiniz.

Bu, həm də Ermənistanda dövlət-kilsə münasibətlərinin çarpışma nöqtəsidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər