"Xalq Bank"ın xalis mənfəəti 7 % azaldı

"Xalq Bank"ın xalis mənfəəti 7 % azaldı
15.01.2026 13:52 Maliyyə

"Xalq Bank" ASC 2025-ci ili 61,081 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,1 % azdır.

Ötən il "Xalq Bank"ın gəlirləri 280,978 milyon manat (əvvəlki ilə nisbətən 23,9 % çox), xərcləri 212,46 milyon manat (42 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 6,34 milyon manat (15,2 % çox), mənfəət vergisi ödəmələri isə 13,777 milyon manat (18,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Xalq Bank"ın aktivləri 3 milyard 184,467 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,8 % çoxdur. Bunun 1 milyard 802,456 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 % kiçilib.

Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 3,3 % artaraq 2 milyard 642,015 milyon manat, o cümlədən depozit portfeli 0,8 % artaraq 1 milyard 921,264 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 542,642 milyon manata, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 446,6 milyon manat olub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Все новости