“Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi

“Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
17.03.2026 14:43 Maliyyə

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir.

TodayPress TV xəbər verir ki, bu məqsədlə bankla  Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb və tələbələr üçün müxtəlif inkişaf və maarifləndirici tədbirlər təşkil edilir.

Əməkdaşlığın davamı olaraq 25 fevral 2026-cı il tarixində Təhsil Tələbə Kredit Fondunun təhsil kreditindən yararlanan tələbə və məzunları üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib. Təlim Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendin formalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkar inkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiyada gənclərə praktiki tövsiyələr və real iş mühiti ilə bağlı təcrübələr də bölüşülüb.

Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbə və məzunların karyera seçimlərinə daha şüurlu yanaşmalarına, peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əmək bazarının tələblərinə daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərmək olub. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Все новости