Maliyyə naziri AİB-nin vitse-prezidenti ilə görüşdü

Maliyyə naziri AİB-nin vitse-prezidenti ilə görüşdü
02.06.2025 15:05 Maliyyə

İyunun 2-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli əməkdaşlıq və bank tərəfindən ölkəmizin inkişaf hədəflərinə verilən davamlı dəstək yüksək qiymətləndirilib, bu əməkdaşlığın səmərəli şəkildə əlaqələndirilməsində və milli prioritetlərin müəyyənləşdirilməsində AİB-nin Bakı nümayəndəliyinin rolu qeyd olunub.

Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyası layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Həmçinin Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı, Bakı Metropoliteninin genişləndirilməsi, içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və tullantı sularının idarə olunması, bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları, eləcə də Şimal-Cənub və Orta Dəhliz nəqliyyat dəhlizləri boyunca logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Vitse-prezident Y.Yanq Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin artırılması məqsədilə əsasən aşağı gəlirli üzv ölkələrə maliyyə yardımı göstərən Asiya İnkişaf Fonduna (AİF) verdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir S.Babayev “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun olaraq dövlət borcunun idarə olunmasında dayanıqlılığın təmin edilməsi və iqtisadi sabitliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər, habelə bugünlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətində görüləcək tədbirlər barədə qonağı məlumatlandırıb, işğaldan azad edilən ərazilərdə məşğulluğun inkişafında AİB-nin mühüm rol oynaya biləcəyini qeyd edib.

XƏBƏR LENTİ
01 IYUN 2026
İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 Bütün Xəbərlər