Əmlak sığortası üzrə ödənişlər 23 %-ə yaxın artdı

Əmlak sığortası üzrə ödənişlər 23 %-ə yaxın artdı
30.01.2026 15:00 Maliyyə

2025-ci ildə Azərbaycanda əmlak sığortası üzrə 240,878 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 46,474 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,5 % çoxdur.

12 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 19,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,2 manat olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Все новости