"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqladı

"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqladı
13.10.2025 10:08 Maliyyə

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 5,155 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,7 % çoxdur.

9 ay ərzində ASB-nin gəlirləri 40,383 milyon manat (illik müqayisədə 5,2 % çox), xərcləri 33,37 milyon manat (2,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 563 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,295 milyon manat (7,4 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 799,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur. Bunun 296,508 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,5 % artaraq 672,819 milyon manat, o cümlədən depozit portfeli 6,8 % artaraq 474,479 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 126,607 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Yeni yaradılan Agentliyin nizamnamə fondu bilindi 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 Bütün Xəbərlər