Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verdi
03.07.2025 13:24 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) “MilliKart” MMC-yə ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

Xatırladaq ki, AMB bundan əvvəl 18 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 28-ə çatıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər