Pambıq sahələrinin sığortalanması davam edir

Pambıq sahələrinin sığortalanması davam edir
10.06.2025 11:32 Kənd Təsərrüfatı

Azərbaycanda pambıq əkini sahələrinin dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalanması müddəti 3 gündən sonra başa çatır.

TodayPress TV xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Bildirilib ki, fermer və təsərrüfat sahibləri iyunun 13-nə qədər Fonda müraciət edərək pambıq sahələrini çoxsaylı risklərdən sığorta edə bilər. Fond pambıq sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, leysan yağışları, vəhşi heyvanların hücumları, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalayır. Sığorta haqqının 50 %-ni dövlətin ödəməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə sahələrini sığorta edə bilərlər. Ölkə ərazisində 1 hektar pambıq sahəsinin sığortalanması üçün sığorta haqqının məbləği məhsuldarlıq göstəricisindən asılı olaraq 15-30 manat arasında dəyişir.

Xatırladaq ki, 2023-cü ildə baş verən hadisələrə görə pambıqçılara 950 min manat sığorta ödənişi edilib. 2024-cü ildə baş vermiş hadisələrə görə isə pambıq əkən fermerlərə 1,2 milyon manat zərər ödənişinin edilməsi nəzərdə tutulur və hazırda bu ödənişlər davam edir.

Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümaynədələrini öz təsərrüfatlarını "AsanPay" ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun internet səhifəsindəki "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları Fondun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər