Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı

Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı
13.10.2025 14:54 Kənd Təsərrüfatı

Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təşkil olunan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirliyin Aparatı və tabeliyində olan qurumların məsul şəxsləri, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermerlər və sahibkarlar iştirak ediblər.

TodayPress TV xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva bildirib ki, Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli, 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli, 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.

Şöbə müdiri qeyd edib ki, Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi I mərhələdə 30 may – 30 iyun, II mərhələdə isə 15 avqust – 15 sentyabr tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Ümumilikdə Ballıca və Xanyurdu sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 177 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.

Daxil olan müraciətlər təhlil edilib, təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılıb. Nəticədə, müraciətləri təsdiqlənmiş şəxslərdən 64 nəfər tərəfindən 8 kooperativ, 14 nəfər tərəfindən isə 4 ailə kəndli təsərrüfatı formalaşdırılıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb.

Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, ərazinin iqlim şəraitinə uyğun və mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməlidirlər. Müəyyən olunmuş qaydalara əməl etməyən sakinlərlə bağlanmış icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticələrinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti və aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil olunub, fermerlərin Xankəndində keçirilən Aqrar Biznes Festivalında iştirakı təmin edilib.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı keçirilən təlimlərdə Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları və iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzularında məlumatlandırma aparılıb.

Təlimləri uğurla başa vuran kənd sakinlərinə sertifikatlar təqdim olunub. Müqavilə imzalayan bütün fermerlər qeyd edilən təlimləri uğurla başa vurub.

TodayPress TV

FOTOLAR

Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı — 1
Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı — 2
Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı — 3
Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı — 4
Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı — 5
Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə icarə müqavilələri imzalandı — 6
XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər