Aqrar Xidmətlər Agentliyi sahibkarlara müraciət etdi

Aqrar Xidmətlər Agentliyi sahibkarlara müraciət etdi
29.07.2025 17:10 Kənd Təsərrüfatı

Aqrar Xidmətlər Agentliyi sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, beynəlxalq ticarət qaydalarına əsasən, ixrac olunan məhsullarla birlikdə istifadə edilən taxta altlıqlar, yeşiklər, barabanlar, paletlər və digər meşə materiallarından hazırlanmış qablaşdırma vasitələri İSPM 15 beynəlxalq standartına uyğun şəkildə zərərsizləşdirilməli və müvafiq nişanla (marka ilə) işarələnməlidir.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

İSPM 15 – məqsədi ixracatda istifadə edilən emal olunmamış ağac materialları vasitəsilə zərərli orqanizmlərin daşınmasının və yayılmasının qarşısını almaqdan ibarət olan beynəlxalq standartdır. Bu standarta əsasən, istifadə olunan taxta materiallar:

- qabıqsız və çürüksüz olmalıdır;

- mütləq şəkildə termiki və ya kimyəvi (fumiqasiya) üsullarla zərərsizləşdirilməlidir.

Hazırda ölkəmizdə İSPM 15 tələblərinə uyğun olaraq, həm yerində (fumiqantla), həm də stasionar məntəqələrdə termiki üsulla zərərsizləşdirmə işləri aparılır. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin 23.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə 441 nömrəli Fərmana əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

Karantin obyekti dedikdə, zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən bitkilər və bitkiçilik məhsulları, onların saxlanma yerləri, qablaşdırma materialları, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt və ya yük başa düşülür.

Bundan əlavə, Nazirlər Kabinetinin 260 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu sahədə zərərsizləşdirmə işləri yalnız Kənd Təsərrüfatı Nazirliyinin xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir.

İxrac prosesində hüquqi və texniki problemlərin yaranmaması üçün sahibkarlara aşağıdakılar tövsiyə olunur:

- saxta möhür və markalardan istifadə etməmək;

- zərərsizləşdirmə üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə müraciət etmək.

Zərərsizləşdirmə işləri tamamlandıqdan sonra qablaşdırma vasitələri standartlara uyğun şəkildə markalanır və sahibkara akt təqdim olunur.

Aqrar Xidmətlər Agentliyi sahibkarları diqqətli olmağa və yalnız rəsmi prosedurlara əməl etməyə çağırır.

XƏBƏR LENTİ
01 IYUN 2026
Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Bütün Xəbərlər