14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatdı

14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatdı
30.06.2025 12:14 Kənd Təsərrüfatı

Respublikada taxıl biçini davam edir.

TodayPress TV xəbər verir ki, iyunun 30-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 58,6 faizində biçin başa çatıb.

Bu günədək biçin aparılmış 546 787 hektar sahədən 1 849 872 ton taxıl yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir.

Qeyd edək ki, bu il ölkə üzrə 932 min hektardan artıq sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 505 696 hektarı buğda, 426 623 hektarı arpa sahələridir. İyunun 30-dək buğda sahələrinin 38,8 faizində, arpa sahələrinin isə 82,2 faizində biçin tam yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha təşkil edir. Hazırda ümumi məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.

Artıq 14 rayonda arpa biçini tam başa çatıb, 17 rayonda isə biçin həcmi 90 faizi keçib. Yevlax rayonunda buğda biçininə yekun vurulub, Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucarda isə buğda biçini yekunlaşmaq üzrədir.

Bu günədək buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb — 55 sent/ha. Samux rayonunda buğda üzrə orta məhsuldarlıq 49,5 sent/ha, Bərdə, İmişli və Sabirabad rayonlarında isə arpa üzrə orta məhsuldarlıq 39,4 sent/ha təşkil edib.

Hazırda zəmilərdə biçin prosesində 1 526 kombayn iştirak edir. Bunlardan 565 ədədi “Aqroservis” ASC-nin, 961 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.

Taxıl biçininin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

FOTOLAR

14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatdı — 1
14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatdı — 2
14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatdı — 3
14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatdı — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər