Tramp smartfonu satışa çıxarıldı

Tramp smartfonu satışa çıxarıldı
14.04.2026 18:45 İKT

"Trump Mobile" rəsmi saytını yeniləyərək "T1" smartfonunu yenidən təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Bildirilib ki, əvvəllər 499 dollara təklif olunan "Trump Mobile T1" modelinin qiyməti indi “1000 dollara qədər” artırılıb.

Smartfon qızılı korpus, ABŞ bayrağı təsviri və brend loqosu ilə fərqlənən dizaynını qoruyub saxlayır. Bununla belə, cihazın ümumi görünüşünün "HTC U24 Pro" modelinə bənzədiyi qeyd olunur.

Texniki xüsusiyyətlərdə də dəyişikliklər edilib. Şirkət əvvəlcə ekran ölçüsünü 6,2 düymə endirsə də, indi yenidən 6,8 düymlük "OLED" ekranın olacağını təsdiqləyib. Kamera sistemi 50 MP əsas sensor, 8 MP geniş bucaqlı və 16 MP telefoto obyektivdən ibarətdir.

Cihazın 5000 mAh batareya, "Snapdragon 7" prosessoru və "Android 15" əməliyyat sisteminin köhnəlmiş versiyası ilə işləyəcəyi bildirilir.

Sayt yeniləməsindən sonra smartfonun buraxılış tarixi ilə bağlı məlumat da silinib. Əvvəllər “2026-cı ilin sonu” kimi göstərilən tarix artıq qeyd olunmur və rəsmi təqdimat vaxtı hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 Все новости