Saxta səhifələr, yüksək məbləğdə iş təklifləri – Dələduzların toruna düşməmək üçün nə etməliyik?

Saxta səhifələr, yüksək məbləğdə iş təklifləri – Dələduzların toruna düşməmək üçün nə etməliyik?
28.05.2025 13:19 İKT

Son günlər "Facebook" və digər platformalarda heç bir rəsmi şirkət məlumatı – ünvan, əlaqə telefonu olmadan saxta səhifələr yaradılır və yüksək məbləğlərlə iş təklif olunur.

TodayPress TV xəbər verir ki, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov öz "Facebook" hesabında paylaşım edərəm ictimaiyyəti sosial şəbəkələrdə yayımlanan yeni dələduzluqlar barədə xəbərdar edib.

“Mayın 25-də “Səs Studiyasına İşçi Qəbulu” adlı "Facebook" səhifəsi fəaliyyətə başlayıb. Bu səhifədə səsləndirmə xidməti üçün 1000-3000 manat arasında qazanc vəd edilir və müraciət edənlər "Telegram" üzərindən yazışmağa yönləndirilir. Bu cür hallarda ehtiyatlı olmaq lazımdır.

Şəxsi məlumatlarınızı heç vaxt tanımadığınız şəxslərlə paylaşmayın, naməlum "Telegram" və ya digər platformalara keçid etməyin. İş elanlarını yalnız rəsmi və izlənilə bilən mənbələrdən yoxlayın. Şübhəli hallarla qarşılaşdıqda Daxili İşlər Nazirliyi və ya "CERT.az"ın əlaqə nömrələrinə məlumat verin", -  deyə o, vətəndaşlara tövsiyə edib. 

Elvin Abbasov onu da əlavə edib ki, real iş elanları həmişə şəffaf olur və əlaqə məlumatları açıq şəkildə təqdim edilir. Sosial şəbəkələrdə yayılan şübhəli vədlərə aldanmamaq, özünüzü qorumaq üçün əsas addımlardan biridir. 

Qeyd edək ki, bu xəbərdarlıq, xüsusilə sosial şəbəkə istifadəçilərinin belə dələduzluq hallarının qurbanı olmaması üçün önəmlidir.

Töhfə Səməd

FOTOLAR

Saxta səhifələr, yüksək məbləğdə iş təklifləri – Dələduzların toruna düşməmək üçün nə etməliyik? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Bütün Xəbərlər