"Google Chrome"da bəzi funksiyalar ödəniş tələb edir

"Google Chrome"da bəzi funksiyalar ödəniş tələb edir
30.12.2025 19:00 ИКТ

“Google” şirkəti "Chrome" brauzerində genişləndirilmiş süni intellekt (AI) funksiyalarına çıxış üçün pullu abunə sistemi tətbiq edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “XDA Developers” nəşri məlumat yayıb və "Chromium" repozitoriyasında “Leopeva64” ləqəbli istifadəçi tərəfindən aşkarlanan kodlara istinad edib.

Məlumata görə, istifadəçi “Gate actuation access by AI subscription tier” adlı kommit aşkar edib. Həmin kommit AI-nin istifadəçi adından hərəkət etmə qabiliyyətinə malik olan “aktuasiya” funksiyalarına girişin ödənişli abunə səviyyələri ilə məhdudlaşdırılmasını nəzərdə tutur.

Hazırda "Chrome"da AI-nin hansı konkret hərəkətləri yerinə yetirə biləcəyi dəqiq bilinmir. Bununla belə, tətbiq olunacaq monetizasiya modelinin müvəqqəti ola biləcəyi istisna edilmir. Belə ki, əvvəllər “Gemini Nano” funksiyasına giriş yalnız “AI Pro” və “AI Ultra” abunəçiləri üçün mümkün idi, lakin sonradan bu imkan hamı üçün açıq elan edildi. Bu isə “Google”un yeni funksiyaları əvvəlcə ödənişli təqdim edib, daha sonra pulsuz etmə strategiyasına işarə edir.

Qeyd edək ki, 2025-ci ildə süni intellektin brauzerlərə inteqrasiyası əsas trendlərdən birinə çevrilib. “Chrome”, “Firefox” və “Microsoft Edge” ağıllı köməkçiləri fəal şəkildə tətbiq etsələr də, yanaşmalar fərqlidir.

Hazırda “Chrome” brauzerində “Gemini” vasitəsilə şəkillər üzrə əks axtarış və ünvan sətrində ayrıca “AI rejimi” mövcuddur.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 Все новости