Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır

Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır
04.09.2025 17:32 İKT

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

Bu barədə TodayPress TV-yə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, fişinq hücumlarının intensivliyi getdikcə artır. Son günlərdə Telegram istifadəçilərinin hesablarını ələ keçirmək məqsədilə kibercinayətkarlar tərəfindən yeni fişinq üsullarından istifadə olunur. Belə ki, vətəndaşlara müxtəlif sosial mühəndislik metodlarından istifadə edərək naməlum linklər göndərilir.

Həmin linklər açıldıqda Telegram-ın giriş səhifəsinə bənzər saxta interfeys təqdim olunduğunu görə bilərik. Bu istifadəçi məlumatlarını ələ keçirmək üçün ən çox istifadə olunan yollardan biridir. Zərərçəkmiş şəxsə müxtəlif vədlər verərək öz hesabına daxil olması tələb olunur.

Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Bütün Xəbərlər