“Coursera” platformasında bir sıra kurslar ana dilinə dublyaj olundu

“Coursera” platformasında bir sıra kurslar ana dilinə dublyaj olundu
01.08.2025 12:00 İKT

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “4Sİ Akademiyası” çərçivəsində rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi üçün bir neçə kurs dilimizə dublyaj olunub.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən xəbər verir.

Məlumata görə, “Milli Proqram”da sənaye 4.0 və rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım atılıb. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha əvvəl təqdim edilən 10 ən çox tələb olunan kursla yanaşı, daha 5 kurs dilimizə dublyaj olunaraq istifadəçilərin ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan kurs tam şəkildə ana dilimizdə təqdim olunur.

Eyni zamanda, süni intellektin dəstəyi ilə 2500-dən çox kursun Azərbaycan dilinə tərcüməsi təkmilləşdirilib, altyazılar redaktə olunub və daha təkmil şəkildə platformada yerləşdirilib.

Dublyaj olunan kurslar “DeepLearning.AI”, IBM, “Microsoft”, Stanford Universiteti və INSEAD kimi nüfuzlu texnologiya şirkətləri və təhsil müəssisələrinə məxsusdur. Kurslar süni intellekt, maşın öyrənməsi, data analitikası, layihə və məhsul idarəetməsi, proqram mühəndisliyi, blokçeyn texnologiyaları və digər müasir sahələri əhatə edir.

4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün sənaye 4.0 sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Azərbaycan vətəndaşları yaşından və yaşayış yerindən asılı olmayaraq bu imkandan yararlana bilərlər.

“MilliProqram” çərçivəsində “Coursera” platformasında dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 12000-dən çox sahəvi kurs və təlimi istifadəçilər üçün əlçatandır.

XƏBƏR LENTİ
04 IYUN 2026
Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Bütün Xəbərlər