“Sakramento Kings” Mürreylə anlaşdı

“Sakramento Kings” Mürreylə anlaşdı
16.10.2025 10:07 İdman

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) Qərb Konferensiyasının  “Sakramento Kings” basketbol klubu forvardı Kiqan Mürreylə müqavilənin uzadılması barədə razılığa gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Şams Çaraniya sosial şəbəkə X-də məlumat yayıb.

Bildirilir ki, hücumçu ilə ümumi müqavilə məbləği 140 milyon dollar təşkil edir və beş il müddətinə nəzərdə tutulub. 

Qeyd edək ki, Kiqan Mürrey 2022-ci il draftında ümumi dördüncü seçim kimi seçilib. Son mövsümdə forvard 34,3 dəqiqə meydanda olub. Bu müddət ərzində aktivinə 6,7 ribaund və 1,4 məhsuldar ötürmə yazdıran Mürrey orta hesabla 12,2 xal toplayıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər