Qrizmann göz yaşları içində “Atletiko” ilə vidalaşdı!

Qrizmann göz yaşları içində “Atletiko” ilə vidalaşdı!
18.05.2026 09:25 İdman

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann klub azarkeşlərinə emosional vida müraciəti edib və “Barselona”ya keçidinə görə üzr istəyib.

TodayPress TV xəbər verir ki, daha əvvəl 35 yaşlı futbolçunun mövsümün sonunda Madrid təmsilçisindən ayrılaraq MLS təmsilçisi “Orlando Siti” klubunda çıxış edəcəyi açıqlanmışdı.

La Liqanın XXXVII turunda “Atletiko” doğma meydanda “Jirona”nı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra azarkeşlərə müraciət edən Qrizmann keçmişdə verdiyi qərara görə peşman olduğunu bildirib.

“İlk növbədə burada qaldığınız üçün sizə təşəkkür edirəm. Bunun mənim üçün çox böyük mənası var. Bilirəm ki, azarkeşlərin bir qismi məni hələ də bağışlamayıb. Amma yenidən üzr istəyirəm. Burada mənə nə qədər dəyər verildiyini anlamırdım. Gənc idim, səhv etdim. Sonra qərarımı dəyişdim və geri qayıdaraq həmin emosiyaları yenidən yaşamaq üçün əlimizdən gələni etdik”, – deyə futbolçu bildirib.

Fransalı hücumçu komanda yoldaşlarına, məşqçilər heyətinə və xüsusilə baş məşqçi Dieqo Simeoneyə təşəkkür edib. O, Simeonenin karyerasını dəyişdiyini vurğulayıb.

Qrizmann həyat yoldaşına və atasına da xüsusi təşəkkür edib: 

“Atam 13 yaşımda məni Fransanın müxtəlif bölgələrinə aparırdı ki, peşəkar komandaya düşə bilim. Bu gün burada olmağımı ona borcluyam”.

Qeyd edək ki, Antuan Qrizmann 2014–2019-cu illərdə “Atletiko”da çıxış edib, daha sonra “Barselona” klubuna transfer olunub. O, 2021-ci ildə yenidən Madrid təmsilçisinə qayıdıb. Hücumçu “Atletiko”nun heyətində Avropa Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Все новости