Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirildi

Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirildi
16.08.2025 11:52 Hərbi

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. 

TodayPress TV xəbər verir ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.

Təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.

FOTOLAR

Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirildi — 1
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirildi — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər