ABŞ-nin sirli xüsusi qüvvəsi - "Delta Force"

ABŞ-nin sirli xüsusi qüvvəsi -  "Delta Force"
11.02.2026 10:31 Hərbi

ABŞ-nin ən elit xüsusi təyinatlı bölmələrindən biri olan "Delta Force" terrorizmə qarşı mübarizənin ən gizli və effektiv simvollarından biridir. 


Rəsmi adı 1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D) olan bu bölmə yüksək hədəflərin zərərsizləşdirilməsi, girovların xilas edilməsi və dərin kəşfiyyat missiyaları ilə tanınır. "Fort Bragg" (indiki Fort Liberty) bazasında yerləşən bölmə haqqında məlumatların böyük hissəsi dövlət sirri kimi qorunur, lakin açıq mənbələr onun tarixini və imkanlarını qismən ortaya qoyur.

"Delta Force" 1970-ci illərdə qlobal terror təhdidlərinin artması fonunda yaradılıb. ABŞ Ordusunun polkovniki Çarlz Bekvit Britaniya SAS ilə qazandığı təcrübədən sonra ABŞ-də oxşar elit qüvvənin formalaşdırılmasını təklif edib.


Bölmə 1975-ci ildə rəsmi icazə alıb, 19 noyabr 1977-ci ildə isə rəsmən qurulub. İlk illər əsasən hazırlıq və təlim mərhələsinə həsr olunub və bu dövrdə müvəqqəti “Blue Light” qrupu fəaliyyət göstərib.

Bölmənin ilk böyük sınağı 1980-ci ildə İranda girov saxlanılan Amerika diplomatlarının xilas edilməsi üçün planlaşdırılan “Eagle Claw” əməliyyatı olub. 

Texniki nasazlıqlar, qum fırtınası və koordinasiya problemləri səbəbindən əməliyyat uğursuz başa çatıb və 8 hərbi qulluqçu həlak olub. Bu hadisə xüsusi qüvvələrin yenidən qurulmasına təkan verib. Sonrakı illərdə Panama (1989), Somali (1993), İraq və Əfqanıstanda aparılan çoxsaylı əməliyyatlar "Delta Force"nin yüksək hazırlığını göstərdi. 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində də bölmənin əsas rol oynadığı qeyd olunur.


"Delta Force" ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığının (USASOC) tərkibində fəaliyyət göstərir, lakin əməliyyatların planlaşdırılması və idarəsi Birgə Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) aiddir. Struktur yüksək məxfi saxlanılır. Əsas döyüş gücü A, B, C və D eskadronlarından ibarətdir; E eskadronu aviasiya dəstəyi, G eskadronu isə ən məxfi tapşırıqları yerinə yetirir. "Combat Support" eskadronu tibbi, kəşfiyyat və logistika işlərini təmin edir. Hər eskadron daxilində hücum və kəşfiyyat üçün kiçik, çevik qruplar fəaliyyət göstərir.


Bölmənin ümumi şəxsi heyətinin sayı rəsmi açıqlanmır. Təxminlərə görə 1000–2000 nəfər xidmət edir və onların 300–400-ü birbaşa əməliyyatlarda iştirak edən operatorlardır. Seçim prosesi son dərəcə ağırdır: namizədlər əsasən Rangerlər, Yaşıl Beretlər və digər xüsusi qüvvələrdən seçilir, aylarla fiziki və psixoloji sınaqlardan keçirlər. Namizədlərin yalnız kiçik bir hissəsi bu mərhələni uğurla tamamlayır.

"Delta Force"nin silah və texnika arsenalı müasir səviyyədədir, lakin detalları məxfi saxlanılır.

HK416 və M4A1 karabinləri, snayper tüfəngləri, gecəgörmə və termal sistemlər, xüsusi rabitə vasitələri, dronlar və müxtəlif nəqliyyat vasitələri əməliyyatlara uyğun şəkildə istifadə olunur.


Bölmə digər elit qüvvələrlə sıx əməkdaşlıq edir. Xüsusilə 160th "Special Operations Aviation Regiment" (SOAR – “Night Stalkers”) helikopter qrupu, eləcə də "SEAL Team 6" (DEVGRU) və digər JSOC bölmələri ilə koordinasiya daimi xarakter daşıyır. Hava dəstəyi əsasən E eskadronu və 160th SOAR vasitəsilə təmin edilir; "MH-60 Black Hawk" və "MH-6 Little Bird" helikopterləri gecə və çətin şəraitdə əməliyyatların icrasına imkan verir.


"Delta Force" haqqında bir çox məqam hələ də gizli qalır. Operatorlar tez-tez “CAG” və ya “Task Force Green” kimi kod adlarla qeyd olunur. Seçim zamanı namizədlərin izolyasiya şəraitində saxlanılması və ağır psixoloji testlərdən keçirilməsi bölmənin məxfiliyini və peşəkarlığını gücləndirir. “Eagle Claw” əməliyyatından sonra həyata keçirilən islahatlar isə bu günkü strukturun formalaşmasında mühüm rol oynayıb.

Bu gün "Delta Force" ABŞ-nin qlobal təhlükəsizlik strategiyasında əsas vasitələrdən biri hesab olunur. Yüksək gizlilik, sərt seçim və texnoloji üstünlük bölmənin ən mürəkkəb və riskli əməliyyatlarda aparıcı rol oynamasını təmin edir.

Nicat Osmanlı

XƏBƏR LENTİ
01 IYUN 2026
Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Bütün Xəbərlər