Bakı Dairəvi yolda avtoqəza baş verdi, sıxlıq yarandı
Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.