Xocalı soyqırımı tanınmadan həqiqi sülh olmayacaq! - Ramiz Yunus yazır...

Xocalı soyqırımı tanınmadan  həqiqi sülh olmayacaq! - Ramiz Yunus yazır...
25.02.2026 21:20 Gündəm

34 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində nə haqq qazandırıla, nə də unudula bilən qanlı qətliam baş verdi. 

63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. Təxminən beş yüzə yaxın yaralı və yüzlərlə sınmış tale...

Bu, “münaqişənin bir səhifəsi” deyil. Bu, dinc insanlara qarşı cinayətdir. Bu cinayətin adı, strukturu, məsuliyyəti var.

Artıq bunu müharibənin kortəbii faciəsi kimi təqdim etmək yetər. Xocalı soyqırımı ona görə mümkün oldu ki, Qarabağda separatizm illərlə siyasi və hərbi cəhətdən qidalandırılırdı və bu cinayətə görə məsuliyyət təkcə Ermənistanın silahlı birləşmələrinin üzərində deyil.

Əməliyyatda SSRİ-nin hüquqi varisi hesab edilən dövlətin – Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri iştirak etmişdilər. Bu, emosional bəyanat deyil, artıq tarixi yaddaşımızın bir hissəsinə çevrilmiş faktdır. Lakin Xocalı soyqırımını anlamaq üçün daha dərinə baxmaq lazımdır. 

Cənubi Qafqaz onilliklər boyu Rusiyadakı imperiya mərkəzi üçün xalqların evi deyil, təsir aləti olub. Hələ Rusiya imperiyası dövründən region geosiyasi maraqlara uyğun şəkildə yenidən biçimləndirilirdi.

1920-ci il aprelin 28-də müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası məhv edildi və bu ilin əvvəlində Prezident İlham Əliyev bunu açıq şəkildə Azərbaycanın Rusiya tərəfindən işğalı adlandırdı. İlk dəfə belə yüksək səviyyədə sovet dövrü məhz bu cür – işğal kimi qiymətləndirildi. Bu, təsadüfi ifadə deyil. Bu, gücünü bərpa etmiş və mövcud Konstitusiyasına görə ADR-in hüquqi varisi olan dövlətin tarixi mövqeyidir.

1980-ci illərin sonlarında, Mixail Qorbaçovun hakimiyyəti dövründə Qarabağda separatizm öz-özünə meydana çıxmadı. Moskvada SSRİ rəhbərliyinə birbaşa çıxışı olan, Baş katibin müşavirləri kimi fəaliyyət göstərən nüfuzlu erməni ziyalıları – Abel Aqanbekyan, Georgi Şahnazarov fəal şəkildə hərəkət edirdilər. Ermənistandan göndərilən məktublar, televiziya çıxışları və mərkəzə siyasi təzyiq, Kreml daxilində lobbiçilik və digər amillər birtərəfli bir mənzərə formalaşdırdı ki, burada erməni separatizmi “ədalət” kimi təqdim olunurdu.

Həmin dövrün bəzi tanınmış “demokratları” – Anatoli Sobçak, Qalina Starovoytova və akademik Andrey Saxarov həyat yoldaşı Yelena Bonner-Əlixanyan ilə birlikdə, eləcə də bir çox başqaları bu kursu dəstəkləyərək parçalanmanı legitimləşdirir və faktiki olaraq iki xalqı müharibəyə doğru itələyirdilər. İnsan hüquqları şüarları altında reallıqda Kreml tərəfindən Azərbaycanla Ermənistan arasında münaqişə mexanizmi işə salınmışdı və onun nəticələrini biz onilliklərlə yaşadıq. Bu, artıq susdurula bilməyən tarixi faktdur.

Biz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qanlı Yanvarı xatırlayırıq. Biz post-sovet məkanında qəddar kimi tanınan general Lebedin rəhbərlik etdiyi tankları xatırlayırıq. Həmin gecə onun rəhbərliyi altında sovet ordusunun hissələrinin tökdüyü dinc insanların qanını xatırlayırıq. İmperiya gedirdi, lakin həmişə olduğu kimi qanla və əlində silahla gedirdi. Elə həmin məkanda da Xocalıda azərbaycanlıların soyqırımı baş verdi. Bu, hüququn deyil, gücün məntiqi idi.

2020-ci il sentyabrın 27-də Azərbaycan tarixin axarını dəyişdi. İkinci Qarabağ müharibəsi başladı və 44 gün ərzində Azərbaycan torpaqlarının işğalına demək olar ki, 95 faiz  son qoyuldu. 2023-cü ilin sonunda isə parlaq birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazisində suverenlik və ərazi bütövlüyü tam bərpa olundu və Rusiyanın özünü “sülhməramlı” adlandıran qüvvələri razılaşdırılmış müddətdən əvvəl Azərbaycan ərazisini tərk etməyə məcbur oldular.

Beləliklə, 1920-ci ildə müstəqilliyindən məhrum edilmiş Azərbaycan sübut etdi ki, gec-tez öz haqqını qaytara bilər. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yanında qardaş Türkiyə dayanmışdı, lakin bu qələbədə həlledici amil Azərbaycan xalqının birliyi və ordusunun gücü oldu. Azərbaycan artıq başqalarının oyunlarının obyekti deyil, öz taleyinin subyekti və Cənubi Qafqazın tanınmış lideridir.

Bu yaxınlarda Bakıda separatçı rejimin keçmiş rəhbərləri üzərində məhkəmə prosesi başa çatdı və bir çoxları bunu "Azərbaycan Nürnberqi" adlandırdı. Bu, şişirdilmiş ifadə deyil. İkinci dünya müharibəsindən sonra Almaniya Nürnberq prosesindən – məhkəmə və cinayətlərin etirafından keçdi və məhz bu, onun sivil dünyaya qayıdışının təməli oldu. Bakıdakı məhkəmə yalnız ədalət aktı deyil, həm də hamıya mesajdır: Azərbaycana qarşı cinayətlər unudulmayacaq və məsuliyyətsiz bağışlanmayacaq.

Bu gün Bakı ilə İrəvan arasında Azərbaycan tərəfindən tam dəstəklənən fəal sülh danışıqları aparılır. Bizə revanşizmsiz, hüquqi əsaslarla möhkəmləndirilmiş sabit sülh lazımdır, çünki güclü Azərbaycan sülhdən qorxmur. Biz açıq kommunikasiyalarda və gələcək nəsillər üçün təhlükəsizlikdə maraqlıyıq və sülh prosesi nə qədər güclü olsa, xarici manipulyasiyalar üçün bir o qədər az məkan qalacaq.

Lakin gəlin, açıq danışaq və hadisələri öz adı ilə çağıraq. Xocalı soyqırımı tanınmadan  Azərbaycanla Ermənistan arasında həqiqi barış mümkün deyil. Kağız üzərində sülh müqaviləsi imzalamaq olar. Yaxşı birgə şəkillər də çəkmək olar. Amma Ermənistan cəmiyyətində bir çoxları Xocalı faciəsini inkar etdiyi və ya ona bəraət qazandırdığı müddətdə Azərbaycan xalqının yarası açıq qalacaq. Tövbə zəiflik deyil. Bu, həqiqəti qəbul etmək gücüdür.

Bu gün Azərbaycanın Rusiya ilə münasibətləri də ağır mərhələdən keçir. Bir ildən bir qədər artıq əvvəl Qroznı üzərində Rusiya tərəfindən vurulan AZAL Azərbaycan mülki təyyarəsi ilə bağlı rəsmi Kremlin kobud davranışından sonra bu münasibətlər daha da pisləşdi. Bu, reallıqdır və regionda qüvvələr balansı dəyişdikcə bu proses davam edəcək. Bir tərəfin zəifləməsi, digərinin güclənməsi tarixinin təbii hissəsidir. Lakin geopolitikadan asılı olmayaraq, Azərbaycanın və onun cəmiyyətinin dəyişməz bir dayağı var – heç bir təzyiq və təbliğatla silinə bilməyən tarixi yaddaş.

Azərbaycan və onun xalqı öz tarixini xatırlayır. Biz 1920-ci ili və ölkəmizin Rusiya tərəfindən işğalını xatırlayırıq. Biz 1990-cı ilin qanlı Yanvarını xatırlayırıq. Biz Xocalı soyqırımını xatırlayırıq. Və qonşularımızla münasibətlər tarixindən daha çox şeyi xatırlayırıq. Məhz buna görə bizi sındırmaq mümkün deyil.

Çünki unutqanlıq millətləri müharibədən daha tez məhv edir. 

Britaniyanın sabiq Baş naziri Uinston Çörçillin dediyi kimi: “Keçmişini unudan xalq gələcəyini itirir”.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Все новости