Tamaşaçının intellektini aşağılayan QARAGÜRUHLAR - Azərbaycan teleməkanında XAOS

Tamaşaçının intellektini aşağılayan QARAGÜRUHLAR - Azərbaycan teleməkanında XAOS
23.02.2026 17:01 Gündəm

(İl 2026: Azərbaycanda sənətçilər və tamaşaçılar əl-ələ verib televiziyanı tərk edirlər)  

Bir neçə gündür ki, sənət adamları Azərbaycan teleməkanındakı mövcud vəziyyətlə bağlı müraciətlər ünvanlayırlar.

Teleaparıcı Nailə İslamzadə, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni Səidə Sultan, müğənni, bəstəkar Murad Arif...

Görünən, televiziyada yayımlanan bəzi verilişlər, bu verilişlərdə aparılan bayağı, ucuz söhbətlər artıq onları da dilə gətirib. 


BƏS BU SÖHBƏTLƏR KİMƏ LAZIMDIR?

Bir neçə ilin söhbətidir. Aparıcı İlkin Həsəni sosial şəbəkə heabında paylaşım edib, paylaşımda izləyicilərə “Çernobıl” serialına baxmağı məsləhət görmüşdü. 

Statusa yazılan bu şərh isə sonradan “əfsanə”yə çevrilmişdi. 

“Özünüz belə şeylərə baxırsınız, bizə isə Şəmi-Şöşünü hazırlayırsınız”.


Azərbaycan teleməkanında hazırkı durum eynilə bu şərh kimidir. Ən intellektual aparıcını belə hazırda efirdə bayağı bir şou-proqramda, “qurşaqdan aşağı” söhbətlər aparan yerdə görə bilərik. 

Səbəbini də illərdir bu fikirlə bizə sırıyırlar: “Kütlə bunu istəyir, biz də bunu veririk”.  

İllərdir bu yalanla Azərbaycan tamaşaçısının başını aldadırlar. Ona layiq olanı yox, özlərinə sərf edəni verirlər. 

İddia edirlər ki, guya Azərbaycan tamaşaçısı bunu sevir, intellekti buna çatır, keyfiyyətli kontent ona xoş gəlmir.  

Halbuki indiki Azərbaycan tamaşaçıları elə azı 15, 20 il bundan öncəkilər qədər intellektli, pisi-yaxşıdan, ağı-qaradan ayırmağı bacarırlar. 

Belə olmasa idi, Azərbaycan tamaşaçısı indi illər öncə televiziyada yayımlanan intellektual bilik yarışları, filmlər üçün bu qədər darıxmazdı. O illərə həsəd aparmazdı... 


Hanı o filmlər, hanı o intellektual yarışlar?! Siz verdinizmi biz baxmadıq?!  

Azərbaycan tamaşaçısı artıq keyfiyyətli məzmuna susayıb. Efirlərin baş bilənləri bunu hər nə qədər etiraf etməyə çəkinsələr də...  

Azərbaycan tamaşaçısı artıq Azərbaycan telekanallarından (oxu – telekanalizasiyasından) iyrənir. 

Azərbaycan tamaşaçısına maraqlı deyil kimin kimlə boşanması, kimin kimlə evlənməsi, kimin sənətə hansı yollarla gəlməsi, kimin kimin bostanına daş atması...

BƏLKƏ İŞ GÖRƏSİNİZ?    

Əlinizi daşın altına qoyub iş görmək istəmirsinizsə, bu başqa məsələ.  Öz bacarıqsızlığınızı, tənbəlliyinizi bəsdir Azərbaycan tamaşaçısının üstünə atdınız. 

Etiraf edin ki, keyfiyyətli iş görmək sizə ağır gəlir. Əlbəttə efirə keyfiyyətli qonaq dəvət etmək vaxt alır, hələ o peşəkardırsa, “kapriz”lərini çəkməli olursunuz. Sizə bir telefon zənginə studiyanıza gələn, sənətdən yox onun-bunun həyatından danışan, rahat şəkildə qeybət edə biləcəyiniz, corab biznesindən, ayaq yumaqdan danışanlar lazımdır. 

PROQNOZ

Vaxt gəlib, vədə yetişib. Proqnoz bədbindir...  

Müraciətlər də onu göstərir ki, artıq özünə, öz peşəsinə sayğı duyan sənətçilər belə davam edərsə, Azərbaycan televiziyalarını boykot edəcəklər. Necə ki, televiziyaların bəyənmədikləri Azərbaycan tamaşaçıları artıq bunu ediblər. 


Fikir verin, bir neçə il öncə “yerli televiziya kanallarına baxmıram” deyənlərə irad tutulurdusa, artıq onlar ayaq üstə alqışlanırlar...

BƏS SƏNƏT ADAMLARININ SƏSİNƏ SƏS VERƏN RƏSMİLƏR OLACAQ? 


Azərbaycan Respublikası Audiovizual Şurası – Həqiqətən, O, hər şeyi görəndir...  


Günəş  Mərd

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Все новости