Universitetlər Bakıdan KÖÇÜRÜLÜR: Yeni ünvanlar – SİYAHI

Universitetlər Bakıdan KÖÇÜRÜLÜR: Yeni ünvanlar – SİYAHI

"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində paytaxtdakı bəzi ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi və regionlarda yeni universitetlərin yaradılması məsələsi müzakirə olunur. 

Təhsil eksperti Ramin Nurəliyev bu barədə TodayPress TV-yə açıqlamasında bildirib ki, təşəbbüs ölkə rəhbərliyi tərəfindən irəli sürülüb və ali təhsil sistemində müəyyən struktur dəyişikliklərini nəzərdə tutur.


Onun sözlərinə görə, əsas məqsədlərdən biri Bakı şəhərində nəqliyyat sıxlığını azaltmaq və universitetlər üçün daha geniş imkanlar yaratmaqdır:

"Beynəlxalq təcrübədə də ali məktəblərin əsasən şəhərdən kənarda yerləşən kampus tipli ərazilərdə fəaliyyət göstərməsi daha səmərəli hesab olunur. Kampus modeli universitetlərə geniş infrastruktur qurmaq imkanı yaradır. Belə ərazilərdə yataqxanalar, laboratoriyalar, fakültə binaları, idman obyektləri və digər tədris infrastrukturu bir məkanda yerləşdirilə bilər. Xüsusilə praktik yönümlü ixtisasların keyfiyyətli tədrisi üçün müasir maddi-texniki baza vacibdir".

Ekspert əlavə edib ki, hazırda bəzi mühəndislik ixtisaslarında tələbə marağının aşağı olmasının səbəblərindən biri də universitetlərdə praktiki tədris imkanlarının məhdud olmasıdır. Onun fikrincə, maşın mühəndisliyi, inşaat mühəndisliyi və geologiya mühəndisliyi kimi sahələr üzrə tələbələr əsasən nəzəri biliklərlə kifayətlənir, halbuki bu istiqamətlər üzrə praktiki təlim imkanları yaradılmalıdır:

"Bu məqsədlə bəzi mühəndislik yönümlü universitetlərin şəhərdən kənarda yerləşən kampuslara köçürülməsi məqsədəuyğun ola bilər. Xüsusilə şəhərin mərkəzində yerləşən universitetlərin belə dəyişikliklərə ehtiyacı var. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti paytaxtın ən mərkəzi nöqtələrindən birində yerləşir və əsasən bir neçə korpusdan ibarətdir. Bakı Dövlət Universitetinin ərazisi nisbətən geniş olsa da, ümumi mənzərədə bir çox universitetlərin fəaliyyəti məhdud ərazilərdə təşkil olunub".

Ramin Nurəliyevin fikrincə, ilk növbədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti köçürülə bilər. Bundan əlavə, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet və Pedaqoji Universitet kimi ali məktəblərin də şəhərdən kənarda yerləşən kampuslara köçürülməsi məqsədəuyğun ola bilər:

"Universitetləri mütləq Bakıdan başqa şəhərlərə köçürmək şərt deyil. Paytaxtın kənar ərazilərində, Sahil, Lökbatan, Hövsan, Türkan və Binə istiqamətlərində yeni universitet şəhərcikləri yaratmaq mümkündür. Dövlət Gömrük Komitəsinin Akademiyası belə kampus modelinə nümunə hesab oluna bilər. Regionlarda ali təhsil müəssisələrinin sayının artırılmasının da vacib olduğunu vurğulanıb. Beynəlxalq təcrübədə ali təhsil alanların sayı adətən əhalinin 3-4 faizini təşkil edir. Azərbaycanda isə hazırda bu göstərici təxminən 2.1-2.2 faiz səviyyəsindədir və təxminən 210 min tələbə ali təhsil alır".

O vurğulayıb ki, bu göstəricini artırmaq üçün regionlarda yeni universitetlərin yaradılması məqsədəuyğun ola bilər. Xüsusilə Quba-Xaçmaz bölgəsində, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda müstəqil dövlət universitetlərinin fəaliyyət göstərməsi vacibdir.

"Bundan əlavə, Mərkəzi Aran bölgəsində, Hacıqabul, Şirvan, Saatlı, Sabirabad və İmişli istiqamətlərində də yeni ali təhsil müəssisələrinin yaradılması regionların inkişafına və Bakıdakı tələbə axınının azalmasına müsbət təsir göstərə bilər", - deyə təhsil eksperti fikrini tamamlayıb.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Prezidentdən Mattarellaya təbrik: "İtaliya Azərbaycanın yaxın dostudur" 11:40 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 Все новости