Təhsil eksperti: “Orta məktəblərdə Çin dilinin tədrisinə real ehtiyac var”

Təhsil eksperti: “Orta məktəblərdə Çin dilinin tədrisinə real ehtiyac var”
30.12.2025 17:13 Elm və Təhsil

Biləsuvarda yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksində Çin dilinin tədrisinə başlanması təhsil sahəsində yeni təşəbbüs kimi diqqət çəkir. 

Təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə açıqlamasında bildirib ki, bu addım həm şagirdlərin dil biliklərinin genişləndirilməsi, həm də qlobal dünyaya inteqrasiyası baxımından vacibdir.


Onun sözlərinə görə, hazırda Çin Xalq Respublikası ilə Azərbaycan arasında əlaqələr bütün sahələr üzrə genişlənir və dərinləşir:

"Çinlə iqtisadi və ticarət münasibətlərinin intensivləşməsi fonunda çindilli mütəxəssislərə olan ehtiyac getdikcə artır. İndiyədək ölkənin tam orta təhsil müəssisələrində Çin dili öyrədilmirdi, əsasən ali təhsil müəssisələrində regionşünaslıq, tərcümə, filologiya ixtisasları çərçivəsində tədris olunurdu. Lakin mövcud reallıqlar göstərir ki, artıq orta təhsil səviyyəsində də bu dilin öyrədilməsinə real ehtiyac yaranıb. Yeni yanaşmaya əsasən, şagirdlər xarici dil seçimində ingilis, fransız, alman və rus dilləri ilə yanaşı Çin dilini də seçə biləcəklər. Bəzi hallarda Çin dili əlavə xarici dil, bəzi hallarda isə birbaşa əsas dil kimi tədris olunacaq".

Ekspert qeyd edib ki, bu təşəbbüs gələcəkdə həm əmək bazarı, həm də Çinlə münasibətlərin inkişafı baxımından ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək:

"Qısamüddətli dövrdə təsiri dərhal hiss olunmasa da, orta və uzunmüddətli perspektivdə, təxminən 5 il sonra bu qərarın iki ölkə arasında əlaqələrin daha sürətli inkişafına ciddi stimul verəcəyi gözlənilir. Artıq bu gün Çin dilinin öyrənilməsinə real və praktiki ehtiyac mövcuddur".

Elçin Əfəndi vurğulayıb ki, Çin dilinin tədrisi yalnız ali təhsil səviyyəsi ilə məhdudlaşmayacaq, orta məktəblərdə mərhələli şəkildə tətbiq olunacaq və bir neçə məktəblə kifayətlənməyərək daha geniş əhatəyə malik olacaq.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 Все новости