Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA

Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA
09.02.2026 15:04 Elm və Təhsil

"Sosial media sadəcə əyləncə platforması deyil, eyni zamanda uşağın psixologiyası, davranışı, düşüncə tərzi və hətta aqressiyasına birbaşa təsir edən güclü təsir mexanizmidir".

Bu fikirləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə Türkiyədə uşaqlar üçün sosial mediaya qoyulan məhdudiyyəti şərh edərkən deyib. 


Onun sözlərinə görə, uşaq nə qədər kiçik yaşdadırsa, gördüyünü analiz edib “doğru-yanlış” süzgəcindən keçirmək qabiliyyəti bir o qədər zəif olur. Bu da onu manipulyasiyaya, zorakılıq məzmununa və aqressiv davranışların normallaşmasına daha açıq edir:

"Azərbaycanda da bu tip məhdudiyyətlərin gündəmə gəlməsi mümkündür. Çünki bizdə də artıq məktəblərdə uşaqların davranışında aqressiyanın artması, müəllim-şagird münasibətlərində sərtlik, valideyn nəzarətinin zəifləməsi və virtual aləmin real həyatı əvəz etməsi kimi problemlər hiss olunur. Sosial media uşağa “hər şey normaldır” mesajı verir, halbuki normal olmayan davranışlar, zorakılıq, təhqir, silah görüntüləri və təhlükəli çağırışlar adi bir trend kimi təqdim edilir".

Ekspert yaxın günlərdə baş verən və cəmiyyəti sarsıdan hadisəni xatırladaraq əlavə edib ki, bu kimi hadisələr tək bir səbəbdən yaranmır, amma həmin uşağın sosial mediada paylaşdığı və "repost" etdiyi məzmunlara baxanda orada zorakılıq və aqressiya mövzularının ciddi şəkildə yer aldığı görünür:

"Bu, sosial medianın uşağın düşüncəsinə necə təsir etdiyini göstərən real və acı bir nümunədir. Yəni məsələ təkcə telefon, internet və ya “uşaq vaxt keçirir” məsələsi deyil, uşağın şüuraltına nə yükləndiyi məsələsidir.

Amma burada diqqətli olmalıyıq: sosial mediaya tam qadağa problemi tam həll etmir. Əsas məsələ düzgün yaş məhdudiyyəti, valideyn nəzarəti, platformaların məsuliyyəti və məktəblərdə rəqəmsal savadlılıq təhsilinin gücləndirilməsidir. Dövlət müəyyən yaşa qədər sosial şəbəkələrə girişə limit qoymaqla yanaşı, eyni zamanda uşaqları qoruyan mexanizmləri də qurmalıdır. Çünki qadağa yalnız texniki addımdır, tərbiyə isə sistemli yanaşma tələb edir".

Əmrah Həsənlinin fikrincə, Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılacaq. Çünki artıq cəmiyyət də anlayır ki, uşağı yalnız məktəb tərbiyə etməməlidir, yalnız valideyn də təkbaşına bunun öhdəsindən gələ bilməz.

O vurğulayıb ki, dövlət, ailə, məktəb və sosial platformalar birlikdə məsuliyyət daşımalıdır. Əks halda bu gün sosial mediada gördüyü zorakılığı “trend” sayan uşaq sabah onu real həyatda təkrarlamağa da meyilli ola bilər.


"Bu səbəbdən Türkiyədəki təşəbbüs sadəcə qanun dəyişikliyi deyil, gələcək nəsli qoruma refleksidir və Azərbaycanda da oxşar mexanizmlərin müzakirə olunması tamamilə real görünür", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Все новости