Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA

Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA
09.02.2026 15:04 Elm və Təhsil

"Sosial media sadəcə əyləncə platforması deyil, eyni zamanda uşağın psixologiyası, davranışı, düşüncə tərzi və hətta aqressiyasına birbaşa təsir edən güclü təsir mexanizmidir".

Bu fikirləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə Türkiyədə uşaqlar üçün sosial mediaya qoyulan məhdudiyyəti şərh edərkən deyib. 


Onun sözlərinə görə, uşaq nə qədər kiçik yaşdadırsa, gördüyünü analiz edib “doğru-yanlış” süzgəcindən keçirmək qabiliyyəti bir o qədər zəif olur. Bu da onu manipulyasiyaya, zorakılıq məzmununa və aqressiv davranışların normallaşmasına daha açıq edir:

"Azərbaycanda da bu tip məhdudiyyətlərin gündəmə gəlməsi mümkündür. Çünki bizdə də artıq məktəblərdə uşaqların davranışında aqressiyanın artması, müəllim-şagird münasibətlərində sərtlik, valideyn nəzarətinin zəifləməsi və virtual aləmin real həyatı əvəz etməsi kimi problemlər hiss olunur. Sosial media uşağa “hər şey normaldır” mesajı verir, halbuki normal olmayan davranışlar, zorakılıq, təhqir, silah görüntüləri və təhlükəli çağırışlar adi bir trend kimi təqdim edilir".

Ekspert yaxın günlərdə baş verən və cəmiyyəti sarsıdan hadisəni xatırladaraq əlavə edib ki, bu kimi hadisələr tək bir səbəbdən yaranmır, amma həmin uşağın sosial mediada paylaşdığı və "repost" etdiyi məzmunlara baxanda orada zorakılıq və aqressiya mövzularının ciddi şəkildə yer aldığı görünür:

"Bu, sosial medianın uşağın düşüncəsinə necə təsir etdiyini göstərən real və acı bir nümunədir. Yəni məsələ təkcə telefon, internet və ya “uşaq vaxt keçirir” məsələsi deyil, uşağın şüuraltına nə yükləndiyi məsələsidir.

Amma burada diqqətli olmalıyıq: sosial mediaya tam qadağa problemi tam həll etmir. Əsas məsələ düzgün yaş məhdudiyyəti, valideyn nəzarəti, platformaların məsuliyyəti və məktəblərdə rəqəmsal savadlılıq təhsilinin gücləndirilməsidir. Dövlət müəyyən yaşa qədər sosial şəbəkələrə girişə limit qoymaqla yanaşı, eyni zamanda uşaqları qoruyan mexanizmləri də qurmalıdır. Çünki qadağa yalnız texniki addımdır, tərbiyə isə sistemli yanaşma tələb edir".

Əmrah Həsənlinin fikrincə, Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılacaq. Çünki artıq cəmiyyət də anlayır ki, uşağı yalnız məktəb tərbiyə etməməlidir, yalnız valideyn də təkbaşına bunun öhdəsindən gələ bilməz.

O vurğulayıb ki, dövlət, ailə, məktəb və sosial platformalar birlikdə məsuliyyət daşımalıdır. Əks halda bu gün sosial mediada gördüyü zorakılığı “trend” sayan uşaq sabah onu real həyatda təkrarlamağa da meyilli ola bilər.


"Bu səbəbdən Türkiyədəki təşəbbüs sadəcə qanun dəyişikliyi deyil, gələcək nəsli qoruma refleksidir və Azərbaycanda da oxşar mexanizmlərin müzakirə olunması tamamilə real görünür", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 All News