Buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq?

Buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq?
27.04.2026 15:09 Elm və Təhsil

Aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

DİM-dən TodayPress TV-yə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə Mərkəzin saytından tanış olmaq olar.

Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər