Kriptovalyuta bazarında artım: "Bitcoin"in qiyməti

Kriptovalyuta bazarında artım: "Bitcoin"in qiyməti
16.04.2026 10:38

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım müşahidə olunub.

TodayPress TV CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 1,02% artaraq 2,54 trln. ABŞ dollarına çatıb.

Məlumata görə, bazarın aparıcı aktivi olan "Bitcoin"in qiyməti 24 saat ərzində 1,38% artaraq 75 066 ABŞ dolları olub. Həftəlik müqayisədə isə BTC-nin qiyməti 5,74% artıb.

İkinci ən böyük kriptovalyuta olan "Ethereum"un qiyməti sutka ərzində 1,52% artaraq 2 357 ABŞ dollarına yüksəlib. Son 7 gündə isə ETH üzrə artım 8,11% təşkil edib.

Digər əsas kriptovalyutalardan BNB 1,54% bahalaşaraq 624,41 dollar, "Bitcoin Cash" 2,19% bahalaşaraq 442,99 dollar, Aave isə 5,61% bahalaşaraq 106,45 dollar səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, bəzi aktivlərdə azalma qeydə alınıb. Belə ki, "Monero"nun qiyməti 0,34% azalaraq 341,97 dollar, "Zcash"ın qiyməti isə 3,13% azalaraq 341,74 dollar təşkil edib.

Qızıl əsaslı kriptovalyutalarda isə müsbət dinamika müşahidə olunub. PAX Gold 0,04% artaraq 4 821 dollar, Tether Gold isə 0,17% artaraq 4 811 dollar səviyyəsinə yüksəlib.

Analitiklərə görə, artım dinamikası iri investorların bazara geri qayıtması və qlobal risk iştahının artması ilə bağlıdır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezidentdən Mattarellaya təbrik: "İtaliya Azərbaycanın yaxın dostudur" 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Все новости