Zelenski Rusiyadan atəşkəs tələb edəcək
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda Ukrayna tərəfi dərhal və tam atəşkəsin vacibliyində israr edəcək.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında məlumat verib.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar iyulun 23-ü axşam saatlarında İstanbulda keçiriləcək. Danışıqlarda əsas müzakirə mövzusunun iki ölkənin memorandum layihələri olacağı gözlənilir.
Danışıqların məqsədi tərəflər arasında hərbi əməliyyatlara son qoymaq və diplomatik həll yolunu tapmaqdır.
Türkan İsgəndərli