Yaponiyada “kosmik səyahət dövrü” başlayır

Yaponiyada “kosmik səyahət dövrü” başlayır
29.10.2025 19:30 Dünya

Yaponiyanın "Nippon Travel Agency" turizm şirkəti və Tokio startapı "Innovative Space Carrier (ISC)" kosmik səyahət layihəsinin reallaşdırılması barədə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, “The Mainichi” nəşrinin məlumatına görə, layihə gələcəkdə Tokio ilə Nyu-York arasındakı uçuş müddətini cəmisi 1 saata endirməyə imkan verəcək.

Rəsmi açıqlamaya əsasən, gediş-dönüş biletinin qiyməti təxminən 100 milyon yen (təqribən 657 min dollar) olacaq. Kosmik nəqliyyat vasitəsinin dəniz platformasından buraxılması planlaşdırılır və o, Yer kürəsində istənilən iki nöqtəni təxminən 60 dəqiqəyə birləşdirəcək.

Kosmik səyahət proqramına müraciətlərin 2026-cı maliyyə ilində qəbuluna başlanacaq. Layihə mərhələlərlə həyata keçiriləcək: ilkin mərhələdə iştirakçılara kosmik qida dadımı və yerüstü obyektlərə turlar təklif olunacaq, 2040-cı illərdə isə orbital qalma xidmətinin işə salınması planlaşdırılır.

Tərəfdaşlıq çərçivəsində "Nippon Travel Agency" kosmik turizmlə bağlı əlavə məhsulların hazırlanması və tanıdılması ilə məşğul olacaq. ISC-nin prezidenti Kodziro Hatada bildirib ki, şirkət hər bir kosmik gəminin istismar dövründə daha çox uçuş həyata keçirməklə səyahət xərclərini azaltmağı hədəfləyir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp elçisini göndərir 10:37 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Bütün Xəbərlər