Tusk: Polşa ilə Britaniya Rusiya təhdidinə qarşı yönələcək
Polşa və Böyük Britaniya Rusiyanı uzunmüddətli strateji təhdid kimi qiymətləndirir.
TodayPress TV xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Böyük Britaniya ilə hərbi və təhlükəsizlik sahəsində pakt imzalamaq üçün Londona yola düşməzdən əvvəl bildirib.
Tusk qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq Polşa, Böyük Britaniya və NATO-nun Rusiya təhdidindən qorunmasına yönələcək. Onun sözlərinə görə, Londonda imzalanacaq sənədin mühüm hissəsi kibertəhlükəsizlik sahəsini əhatə edəcək.
Baş nazir əlavə edib ki, Polşa Ukraynaya hərbi yardım üçün əsas logistika mərkəzlərindən biri olduğuna görə Rusiya tərəfindən casusluq, kiberhücum və dezinformasiya kampaniyalarının əsas hədəflərindən birinə çevrilib.