Türkiyə Prezidenti: "Xankəndi Qafqazın yen inkişaf mərkəzinə çevriləcək"

Türkiyə Prezidenti: "Xankəndi Qafqazın yen inkişaf mərkəzinə çevriləcək"
04.07.2025 15:38 Dünya

Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Türkiyə lideri ECO-nun Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu ifadə edib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Bu görüşün işğaldan azad edilmiş Xankəndidə təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir”.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər