Sudana üç aylıq atəşkəslə bağlı çağırış edildi

Sudana üç aylıq atəşkəslə bağlı çağırış edildi
14.09.2025 07:44 Dünya

Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ humanitar yardımların sürətlə çatdırılmasına şərait yaradılması məqsədilə Sudanda üç aylıq atəşkəsə çağırış ediblər.

TodayPress TV xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının dəvəti əsasında, Səudiyyə Ərəbistanının, Misirin, BƏƏ-nin və ABŞ-nin xarici işlər nazirlərinin Sudandakı münaqişə ilə bağlı apardıqları intensiv məsləhətləşmələrin nəticəsi olaraq qəbul etdikləri birgə bəyanatda əks olunur.

Birgə bəyanatda Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişənin “dünyanın ən ağır humanitar böhranına” səbəb olduğu, regional sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub. Vurğulanıb ki, böhranın hərbi yolla həlli yoxdur.

Dördtərəfli bəyanatda, həmçinin “Müsəlman Qardaşları” ilə əlaqəli zorakı ekstremist qrupların bölgədə zorakılığın və qeyri-sabitliyin artmasında roluna diqqət çəkilir, onların Sudanın gələcəyini müəyyənləşdirə bilməyəcəkləri vurğulanıb.

Nazirlər bu mövzuda məsləhətləşmələri 2025-ci ilin sentyabrında keçiriləcək nazirlərin dördtərəfli görüşündə davam etdirmək barədə razılığa gəliblər.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Bütün Xəbərlər