PKK tərksilah prosesinə başlayır

PKK tərksilah prosesinə başlayır
08.07.2025 10:13 Dünya

Terrorçu kimi tanınan və Türkiyədə fəaliyyəti qadağan edilən PKK təşkilatı 11 iyulda Şimali İraqda tərksilah prosesinə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

İlk mərhələdə 20-30 nəfərlik PKK döyüşçü qrupu silahı yerə qoyacaq. Qrupa təşkilatın hərbi qanadından olan bir rəhbər başçılıq edəcək.

Bu proseslə bağlı müzakirələr 8 iyulda Bağdadda keçiriləcək. Görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, İraqın mərkəzi hakimiyyəti və Ərbil nümayəndələri iştirak edəcək. İbrahim Kalın bu prosesin Ankara, Bağdad və Ərbil arasında əsas əlaqələndiricisi sayılır.

Kalının İraqa səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə DEM partiyası nümayəndələri arasında keçirilən və PKK-nın tərksilahının müzakirə olunduğu görüşdən sonra baş tutacaq. Səfərdən sonra Kalın parlament sədri Numan Kurtulmuşa hesabat təqdim edəcək və bu, PKK-nın tərksilahını izləyəcək parlament komissiyasının yaradılması üçün ilk addım olacaq.

Qəzetin məlumatına görə, tərksilahdan əvvəl PKK lideri Abdullah Öcalanın təşkilata müraciəti gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 IYUN 2026
Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Bütün Xəbərlər