Pentaqon alınan "F-35"lərin sayını yarıya endirdi

Pentaqon alınan "F-35"lərin sayını yarıya endirdi
11.06.2025 09:26 Dünya

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Lockheed Martin" şirkətindən sifariş verməyi planlaşdırdığı "F-35" qırıcı təyyarələrinin sayını əvvəlki plana görə 48-dən 24-ə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qərar 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi yeni büdcə təklifində əks olunub və ABŞ müdafiə naziri Pit Heqsetin yaxın beş il ərzində hərbi xərcləri 8% azaltmaq planı ilə əlaqələndirilir.

Bildirilir ki, bu çərçivədə Müdafiə Nazirliyi 120-dən çox yüksək rütbəli zabit və generalın vəzifəsini ixtisar etməyi, o cümlədən ABŞ Silahlı Qüvvələri və Milli Qvardiyada 9 yüksək komandanlıq postunun ləğvini nəzərdə tutur.

Qeyd edək ki, hələ fevralın 19-da Heqset büdcənin beş il ərzində ardıcıl olaraq azaldılması ilə bağlı plan hazırlanması göstərişi vermişdi. Müdafiə Nazirliyinin rəhbərliyinin açıqlamasına görə, artıq əhəmiyyətini itirmiş iqlim dəyişikliyi ilə mübarizə, bürokratik strukturların genişləndirilməsi və müxtəliflik, bərabərlik, inklüzivlik kimi təşəbbüslərə yönəlmiş proqramlara ayrılan vəsaitlərin dayandırılması da bu qənaət tədbirləri çərçivəsində nəzərdə tutulur.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Bütün Xəbərlər