Hindistan və Çin arasında birbaşa uçuşlar bərpa olundu

Hindistan və Çin arasında birbaşa uçuşlar bərpa olundu
27.10.2025 10:21 Dünya

Hindistan təxminən beş illik fasilədən sonra Çinlə birbaşa aviareysləri bərpa edib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Belə ki, "IndiGo" aviaşirkətinin ilk reysi ötən axşam Kalkuttadan havaya qalxaraq Quanço şəhərinə enib. Təyyarə 176 sərnişin daşıyıb.

Bununla yanaşı, Asiyanın ikinci ən böyük aviaşirkəti olan "IndiGo" 10 noyabrdan etibarən Dehlidən Quanço istiqamətində də reyslər həyata keçirməyə başlayacaq. O cümlədən Çin aviaşirkəti "China Eastern Airlines" 9 noyabrda Şanxay-Dehli marşrutu üzrə uçuşlarını bərpa edəcək.

Xatırladaq ki, Hindistan və Çin arasında birbaşa uçuşlar COVID-19 pandemiyası dövründə dayandırılmışdı. Bu səbəbdən səyahət edənlər Sinqapur və Çin Xalq Respublikasının xüsusi inzibati rayonu olan Honkonq üzərindən uçmağa məcbur qalırdılar.

Aviareyslərin dayandırılmasına həmçinin 2020-ci ilin mayında Ladax bölgəsində, Qalvan çayı yaxınlığında Hindistan və Çin hərbçiləri arasında baş verən toqquşmalardan sonra iki ölkə arasındakı münasibətlərin gərginləşməsi də təsir etmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Bütün Xəbərlər