ABŞ və Kanada arasında ticarət gərginliyi artır: Otava razılaşmaya qarşı çıxır

ABŞ və Kanada arasında ticarət gərginliyi artır: Otava razılaşmaya qarşı çıxır
23.07.2025 12:40 Dünya

ABŞ Prezidenti Donald Trampın Kanadadan idxal olunan məhsullara 1 avqustdan etibarən 35 faiz gömrük rüsumu tətbiq olunacağı ilə bağlı xəbərdarlığı fonunda Kanadanın Baş naziri Mark Karni məsələ ilə bağlı bəyanat verib.

TodayPress TV xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Baş nazir bildirib ki, Kanada hökuməti ölkəyə zərər verəcək hər hansısa bir razılaşmanı qəbul etməyəcək:

“Məqsədimiz istənilən halda bir saziş imzalamaq deyil, Kanadalıların maraqlarına cavab verən bir razılaşma əldə etməkdir”.

ABŞ ilə aparılan danışıqları “mürəkkəb” kimi xarakterizə edən Karni, uyğun şərtlər daxilində əldə olunacaq razılaşmanı nəzərdən keçirməyə hazır olduqlarını deyib.

O, həmçinin əlavə edib ki, ABŞ ilə bağlanacaq hər hansı müsbət razılaşma Kanadanın digər ölkələrlə ticarət əlaqələrinə mane olmamalıdır və hazırda dünyanın müxtəlif ölkələri ilə bu istiqamətdə danışıqlar aparılır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 iyulda verdiyi açıqlamada bəyan etmişdi ki, 1 avqustdan etibarən Kanadadan idxal olunan məhsullara sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq ediləcək.

Tramp, Kanadalı şirkətlərin istehsalı ABŞ-də həyata keçirdikləri təqdirdə bu rüsumların tətbiq olunmayacağını və bu prosesin təsdiqlənməsi üçün müvafiq prosedurların sürətləndiriləcəyini də əlavə edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Bütün Xəbərlər