Gürcüstandan gələn ətə stop qoyuldu - Qurban bayramı öncəsi qiymətlər qalxacaq?

Gürcüstandan gələn ətə stop qoyuldu - Qurban bayramı öncəsi qiymətlər qalxacaq?
15.05.2026 10:12 Cəmiyyət

Azərbaycana Gürcüstandan gətirilən 134 baş iribuynuzlu heyvan zoonoz xəstəlik şübhəsi səbəbindən geri qaytarılıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zoonoz xəstəlik şübhəsi olan iribuynuzlu heyvanların Gürcüstandan ölkəyə idxalının qarşısını alıb.

Bəs zoonoz xəstəliklər insanlar üçün hansı riskləri yaradır? Bu cür hallar ət bazarında qıtlıq və ya qiymət artımına səbəb ola bilərmi?

Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə bildirib ki, AQTA-nın atdığı addım insanların sağlamlığının qorunması baxımından olduqca vacibdir:


"Gürcüstandan gətirilən 134 baş heyvanın geri qaytarılması ölkəmizdə insanların və qida təhlükəsizliyinin qorunması üçün atılmış ən müsbət addımlardan biridir. Çünki heyvandan insana keçə bilən xəstəliklər mövcuddur. Bu risk daha çox fermer təsərrüfatında çalışanlarda, qəssablarda, aşpazlarda, kabab və dönər hazırlayan şəxslərdə müşahidə oluna bilər".

Ekspert əlavə edib ki, zoonoz xəstəliklər sırasında qarayara, brusellyoz, vərəm və müxtəlif dəri xəstəlikləri yer alır:

"Bu xəstəliklərin insanlara keçməsinin qarşısını almaq üçün belə addımlar vacibdir. Bir və ya bir neçə partiya heyvanın geri qaytarılması isə ölkədə ət qıtlığı yarada bilməz. Azərbaycan daxilində kifayət qədər heyvandarlıq və kökəltmə təsərrüfatları fəaliyyət göstərir. Qurban bayramı ərəfəsində də ölkədə yetərli sayda iribuynuzlu və xırdabuynuzlu heyvan var. Bundan başqa, idxal üçün alternativ kanallar da mövcuddur. Ona görə də insanların narahat olmasına əsas yoxdur".

Onun sözlərinə görə, ətin qiymətinə təsir edən əsas faktor heyvan çatışmazlığı deyil:

"Ətin qiymətini artıran əsas səbəb vasitəçilərdir. Fermer təsərrüfatında 2000 manata satılan heyvan bazara çıxarılanda 2500 manata təklif olunur. Problem fermerlə satış məntəqələri arasında birbaşa əlaqənin olmamasıdır. Əgər bu əlaqə qurulsa, qiymətlərdə də ciddi problem yaranmaz".

İlkin Şirinov vurğulayıb ki ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün kifayət qədər imkan və resurs mövcuddur:

"Bu gün ölkədə yetərli sayda heyvan təsərrüfatları və otlaq sahələri var. Bəzən otlaqların çatışmazlığı və ya heyvandarlıqla məşğul olan insanların çətinlikləri ilə bağlı fikirlər səsləndirilir. Halbuki elə ölkələr var ki, ərazisi və otlaq sahələri Azərbaycandan daha kiçikdir, amma onlar ət təsərrüfatında heç bir problem yaşamırlar. Bunun əsas səbəbi insanların təsərrüfata marağı və bu sahədən gəlir əldə etməsidir. Təsərrüfata düzgün yanaşan və bu işlə ciddi məşğul olan insanların nə maliyyə, nə də təsərrüfat baxımından ciddi problemləri olur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Все новости