BDYPİ sürücülərə müraciət etdi

BDYPİ sürücülərə müraciət etdi
29.03.2026 20:20 Cəmiyyət

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır.

Bu barədə TodayPress TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

İdarə sürücülərdən xahiş edir ki, belə hava şəraitində hərəkət zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinlər. Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və duman işıqlarının yandırılması vacibdir.

Piyadalara da tövsiyə olunur ki, yolu keçərkən diqqətli olsunlar, sürücülərin onları vaxtında görə bilməyəcəyini nəzərə alaraq qəfil hərəkətlərdən çəkinlər.

Dumanlı hava şəraitində hərəkətin təhlükəsizliyi hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 Bütün Xəbərlər